Xətaidə transformator yanıb » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə, Foto, Video

Xətaidə transformator yanıb – VİDEO+FOTO

Xətaidə transformator yanıb


Bakının Xətai rayonunda yanğın hadisəsi baş verib.

AzNews.info-nun APA-ya istinadən məlumatına görə, Gəncə prospektində 4 binanı elektrik enerjisi ilə təchiz edən transformatorda yanğın olub.

Yanğınla bağlı əraziyə Fövqəladə Hallar Nazirliyinin Xətai Rayon Yanğından Mühafizə Hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın qısa zamanda söndürülüb, alovun digər sahələrə keçməsinin qarşısı alınıb.

Binalara elektrik enerjisinin verilməsində fasilələr yaranıb.Hadisə yerinə “Azərişıq” ASC-nin məsul işçiləri cəlb olunub. Hazırda yanğının nəticələrinin aradan qaldırılması istiqamətində işlər davam etdirilir.



Xətaidə transformator yanıb
Xətaidə transformator yanıb

Mənbə: AzNews.info
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *