Yol polisindən yağış xəbərdarlığı: Bu sürücülər cərimələnəcək » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Yol polisindən yağış xəbərdarlığı: Bu sürücülər cərimələnəcək

Yol polisindən yağış xəbərdarlığı: Bu sürücülər cərimələnəcək


Avtomobilinin şüşəsiləni işləməyən sürücülər məsuliyyətə cəlb olunacaqlar.

AzNews.info-nun məlumatına görə, bunu Trend-ə Daxili İşlər Nazirliyi Bakı şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

V.Əsədov qeyd edib ki, Bakının əksər yerlərində yağışın yağması avtomobillər üçün təhlükə yaradır. Qurum rəsmisi sürücülərə müraciət edərək onları ehtiyatlı olmağa çağırıb:

“Yağış avtomobillərin hərəkəti zamanı sürüşmə ehtimalını artırır. Ona görə də sürücülərdən xahiş edirik ki, sürət həddini minimuma endirsinlər. Bununla yanaşı, şüşəsilənləri işləməyən nəqliyyat vasitələrinin hərəkət etməsi olduqca təhlükəlidir. Yol hərəkəti haqqında qanuna görə, bu cür avtomobillər yol hərəkətindən kənarlaşdırılır və sürücülər məsuliyyətə cəlb olunur”.

Bölmə rəisi sürücüləri avtomobillə yağış sularının yaratdığı gölməçələrdən keçərkən diqqətli olmağa səsləyib: “Sürücülər avtomobillə yağış sularının yaratdığı gölməçələrdə hərəkət edən zaman mütləq ətrafdakı piyadaları düşünməlidirlər. Buna görə sürücülər məsuliyyət daşıyır”.

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *