“Bandotdel” Sumqayıtda əməliyyat keçirdi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Kriminal, Video

“Bandotdel” Sumqayıtda əməliyyat keçirdi – VİDEO

“Bandotdel” Sumqayıtda əməliyyat keçirdi


Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi Sumqayıtda əməliyyat keçirib.

Nazirliyin mətbuat xidmətindən Oxu.Az verilən məlumata görə, baş İdarə və Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Sumqayıtda şəhər sakini Xalid Abuzərova məxsus “Mercedes” markalı avtomobilə baxış zamanı 1 ədəd “AK-74” markalı silah, 1 ədəd patron darağı və 30 ədəd patron, Rəvan Əliyevin şəhər ərazisindəki yataqxanada yaşadığı evə baxış zamanı isə 1 ədəd “BORS” markalı avtomat silah və 1 ədəd “F-1”qumbarası aşkar edilərək götürülüb.

Faktla bağlı araşdırma aparılır.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *