Ən böyük bayrağımız havaya qaldırıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Tarix, Foto

Ən böyük bayrağımız havaya qaldırıldı – FOTO

Ən böyük bayrağımız havaya qaldırıldı


Dövlət Bayrağı Günü ilə bağlı bazar günü Azərbaycanın ən böyük bayrağı ictimaiyyətin iştirakı ilə havaya qaldırılıb.

AzNews.info-nun Trend-ə istinadən verdiyi məlumatına görə, Nazirlər Kabineti yanında Dövlət Bayrağı Meydanı Kompleksi İdarəsinin təşkilatçılığı ilə Dövlət Bayrağı Meydanında Azərbaycan bayrağı ucaldılıb.

Tədbir səhər saatlarında hərbi orkestrın musiqi sədaları və uşaq xorunun dövlət himnini səsləndirilməsi ilə başlayıb. Mərasim ictimaiyyətə açıq olub.

Nəhəng bayraq onlarla insanin çiynində meydana gətirilib və 162 m hündürlüyə qaldırılıb.

Qeyd edək ki, Bayraq Meydanının ümumi ərazisi 60 hektar, yuxarı hissəsinin sahəsi 31 min kvadratmetrdir.

İnşa olunmuş dayağın hündürlüyü 162, bünövrəsinin diametri 3,2, bünövrənin üst hissəsinin diametri 1,09 metrdir. Qurğunun ümumi çəkisi 220 tondur. Bayrağın eni 35 metr, uzunluğu 70 metr, ümumi sahəsi 2450 kvadratmetr, çəkisi isə təqribən 350 kiloqramdır.

Meydanda qurulmuş Azərbaycan Respublikasının gerbi, Dövlət himninin mətni və ölkə xəritəsi qızıl suyuna salınmış bürüncdən hazırlanıb.

Bundan əlavə, meydanda Dövlət Bayrağı Muzeyi də yaradılıb.

Ən böyük bayrağımız havaya qaldırıldı
Ən böyük bayrağımız havaya qaldırıldı
Ən böyük bayrağımız havaya qaldırıldı
Ən böyük bayrağımız havaya qaldırıldı
Ən böyük bayrağımız havaya qaldırıldı
Ən böyük bayrağımız havaya qaldırıldı
Ən böyük bayrağımız havaya qaldırıldı
Ən böyük bayrağımız havaya qaldırıldı
Ən böyük bayrağımız havaya qaldırıldı
Ən böyük bayrağımız havaya qaldırıldı
Ən böyük bayrağımız havaya qaldırıldı
Ən böyük bayrağımız havaya qaldırıldı
Ən böyük bayrağımız havaya qaldırıldı
Ən böyük bayrağımız havaya qaldırıldı
Ən böyük bayrağımız havaya qaldırıldı
Ən böyük bayrağımız havaya qaldırıldı
Ən böyük bayrağımız havaya qaldırıldı
Ən böyük bayrağımız havaya qaldırıldı

Mənbə: Trend
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *