Azərbaycanda bəbir öldürüldü » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Hadisə

Azərbaycanda bəbir öldürüldü

Azərbaycanda bəbir öldürüldü


Astarada qırmızı kitaba daxil edilmiş heyvanı öldürməkdə təqsirləndirilən şəxs həbs edilib.

Baş Prokurorluqdan Oxu.Az-a daxil olan məlumata görə, oktyabrın 8-də saat 22 radələrində Astara rayonunun Sım kənd sakini, 1995-ci il təvəllüdlü Böyükağazadə Natiq Nəbi oğlu tamah məqsədi ilə yaşadığı kənddə yerləşən meşə zonasında atasına məxsus ov tüfəngindən atəş açmaqla ovlanması tamamilə qadağan olunmuş Azərbaycanın və Beynəlxalq Təbiəti Mühafizə İttifaqının Qırmızı kitabına daxil edilmiş bir ədəd bəbiri öldürüb.

Bundan sonra o, bəbirin dərisini oktyabrın 9-da Astara rayonunun Çükəş kəndində qohumu Səməd Fərəcovla birlikdə satmaq istəyərkən Dövlət Sərhəd Xidmətinin əməkdaşları tərəfindən saxlanılıb.

Faktla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin 258.2.3-cü (qanunsuz ov etmə, ovlanması tamamilə qadağan edilmiş heyvanlara qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.

N.Böyükağazadə iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilməklə ona Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.

Cinayət işi üzrə istintaq Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində davam etdirilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


  • #1
  • 29 avqust 2017 05:45
  • Yazan: 123123
The first word that comes to my mind when reviewing the financial statements at ralph lauren outlet is “volatile.” Revenue and net income are both rather choppy and often have only tenuous relationships to each other.It finally brings this innovative watch into a more affordable territory.Finally,cheap louis vuitton bags products are generally made in Europe or the United States, where worker protections ensure that those producing the bags are paid living wages and benefits for their toils.Cheap ray ban sunglasses are an essential addition to any off-duty ensemble (they’re a key part of any celeb airport uniform) and Kate Moss, Cara Delevingne and Suki Waterhouse are rarely seen without theirs.CNBC provided the latest info about the replica hermes bags item sold in 2017, and for the rest we went to the Hermes official website and roamed through different items comparing prices. Not an easy task, mind you.

Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *