Bakının ən bahalı maşınları cərimə meydançasına salındı » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial, Avto

Bakının ən bahalı maşınları cərimə meydançasına salındı - FOTOLAR

Bakının ən bahalı maşınları cərimə meydançasına salındı

Reyd zamanı dünyanın ən tanınmış brend avtomobilləri və bahalı nömrələri müxtəlif avtomobillər cərimə meydançasına aparılıb. Reydin başlıca məqsədi avtomobilə əlavə avadanlıqlar, yəni səs siqnalı, sayrışan işıqlar quraşdıran, konstruksiya dəyişikliyi edərək səsboğucuya müdaxilə edən, avtomobilin rəng qrafikasını pozaraq vinil yapışdıran, ödənilməmiş cərimələri olan sürücüləri aşkarlamaq olub.

Eyni zamanda yol polisinə tabe olmayan, avtomobili sərxoş halda idarə edən sürücülərə də rast gəlinib.

Reyd zamanı 200-ə yaxın avtomobil saxlanılıb. Onların 100-dən çoxu cərimə meydançasına aparılıb.

Məlum olub ki, həqiqətən də reyd zamanı saxlanılan avtomobillər dünən gecə cərimə meydançasına salınıb. Hətta iş o yerə çatıb ki, hər iki cərimə meydançası dolduğu üçün bir neçə avtomobil yolun kənarında park edilib.

Cərimə meydançasına salınan avtomobillər arasında “Bentley”, “Porsche”, “Maseratti”, “BMW”nin son modelləri, “Mercedes Galendewagen”, “Mercedes S-klass”, “Range Rover”, “Cadillac Escalade”, “Hummer”, “Lexus” və “Land Cruiser”lər də var idi.

Cərimə meydançasında rast gəldiyimiz avtomobillərin nömrələri də göz qamaşdırır. Onlarından bəzilərinin fotolarını təqdim edirik (avtosfer.az):
Bakının ən bahalı maşınları cərimə meydançasına salındı

Bakının ən bahalı maşınları cərimə meydançasına salındı

Bakının ən bahalı maşınları cərimə meydançasına salındı

Bakının ən bahalı maşınları cərimə meydançasına salındı

Bakının ən bahalı maşınları cərimə meydançasına salındı

Bakının ən bahalı maşınları cərimə meydançasına salındı

Bakının ən bahalı maşınları cərimə meydançasına salındı

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *