İki baş redaktordan bir-birinə ağır sözlər » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

İki baş redaktordan bir-birinə ağır sözlər - FOTOFAKT

İki baş redaktordan bir-birinə ağır sözlər

AZXEBER.COM xəbər verir ki, "qafqazinfo.az" xəbər portalının baş redaktoru Elbrus Ərud onların yaydığı 1 xəbərin "axar.az" saytının əməkdaşları tərəfindən oğurlandığını iddia edərək, portalın və onun rəhbərliyinin ünvanına ağlr ifadələr işlədib: "Sonra mənə dostlar deyirlər ki, bunlardan nə istəyirsən, niye söyürsən, niyə təhqir edirsən? Deməli bu adamlar Qafqazinfonun xəbərini götürürlər utanmaz-utanmaz verirlər ve it oğrusu kimi adımızı çıxarırlar. Hətta hansısa saytın 2013-cü ildə bu barede yazdığı xəbərə istinad edirlər, amma qafqazinfoya yox. Çünki mən özüm söz vermişəm ki, qafqazinfoya istinad etməyin. Ancaq deməmişəm ki, xəbərimizi oğurlayın və ya başqasının adından verin.
Mən bu jurnalist eybəcirliklərini görmüşəm. Ancaq Pərvizin, Anarın bu qədər eybəcər hala düşəcəyini heç vaxt təsəvvür eləmirdim.

Elbrus Ərudun bu sözlərinə "axar.az" saytının baş redaktoru Anar Niftəliyev tərəfindən olduqca ağır təhqirlərlə cavab verib. Amma 30 dəqiqə sonra baş redaktor bu statusu yazıb.

"Qafqazinfo"nun baş redaktoru "facebook" yazışmalarında qeyd edib ki, o ünvanında yazılan təhqirlərə görə Anar Niftəliyevi məhkəməyə verəcək.

Qeyd edək ki, bu Elbrus Ərudla Anar Niftəliyev arasında yaranan ilk belə münaqişə deyil. Bundan əvvəl də tərəflər bir-birlərini xəbər oğurluğunda ittiham edərək, ağır təhqirlərə məruz qoymuşdular.

Həmin statusların print-screen olunmuş versiyasını təqdim edirik
İki baş redaktordan bir-birinə ağır sözlər

İki baş redaktordan bir-birinə ağır sözlər

Mənbə: AZXEBER.COM
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *