Xalq artisti İlham Əsgərov vəfat edib » AzNews.info -Xəbər portalı

Xalq artisti İlham Əsgərov vəfat edib

Xalq artisti İlham Əsgərov vəfat edib


Milli Dram Teatrının aktyoru, xalq artisti İlham Əsgərov dünyasını dəyişib. ANS PRESS-in məlumatına görə, İlham Əsgərovun səhhətində problemlər 2010-cu ildən yaranıb. Həmin ilin dekabrında aktyor beyin insultundan müalicə olunub. 2012-ci il mayın 25-də isə İlham Əsgərov dublyaj vaxtı özünü pis hiss edib və oturduğu efirdə pult arxasında yıxılıb. Xalq artisti təcili yardımla Mərkəzi Klinik Xəstəxanaya çatdırılıb.

İlham Təvəkkül oğlu Əsgərov 1958-ci il sentyabrın 3-də Ağsu rayonunda dünyaya gəlib. 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyoru olub. İstedadlı aktyor Akademik teatrın ən populyar tamaşalarında iştirak edib.

Aktyor 2000-ci il oktyabrın 28-də Azərbaycan Respublikasının Əməkdar Artisti, 2006-cı il mayın 15-də Xalq Artisti fəxri adlarına layiq görülüb. 2012-ci il mayın 9-da, 2014-cü il aprelin 30-da və 2015-ci il mayın 6-da Prezident Mükafatına layiq görülüb.

Allah rəhmət eləsin!

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *