Qız övladı böyüdən valideynləri dəhşətə gətirəcək sosial eksperiment » AzNews.info -Xəbər portalı

Qız övladı böyüdən valideynləri dəhşətə gətirəcək sosial eksperiment – VİDEO

Qız övladı böyüdən valideynləri dəhşətə gətirəcək sosial eksperiment


Sosial eksperimentin nəticəsinə uyğun olaraq deyə bilərik ki, mövcud zamanda yeniyetmə qız və oğlan uşaqlarının valideynin nəzarəti olmadan sosial şəbəkələrdən istifadə etməsi nəyin ki, təhlükəli, hətta yolverilməzdir.

ABŞ-da yaşayan gənc bloggerlərdən biri sosial şəbəkələrin gənc və yeniyetmə qızların həyatı üçün hansı təhlükələr yaradaca biləcəyi ilə bağlı maraqlı eksperiment keçirib. Belə ki, o ilk öncə özünə profil fotosunda yaraşıqlı oğlan şəkilə yerləşdirərək saxta profil açıb və bundan sonra bir neçə yeniyetmə qızla tanış olmağa başlayıb.

Dialoq zamanı qızların hər birinin könlünü sözün əsl mənasında aldıqdan sonra, onlara görüş təyin edib. Görüşdən öncə isə danışdığı qızların valideynləri ilə əlaqə saxlayaraq, övladlarının nə dərəcədə belə bir iş görə biləcəyini soruşub. Valideynlər isə öz növbələrində qızlarına inandıqlarını və əminliklə övladlarının görüş yerinə gələ bilməyəcəklərini söyləyiblər. Amma yeniyetmələrin hər biri deyilən zamanda valideynlərinin evdə olmadıqları zamandan istifadə edərək görüş yerinə gəliblər.

Sosial eksperimentin nəticəsinə uyğun olaraq deyə bilərik ki, mövcud zamanda yeniyetmə qız və oğlan uşaqlarının valideynin nəzarəti olmadan sosial şəbəkələrdən istifadə etməsi nəyin ki, təhlükəli, hətta yolverilməzdir.

Onu da qeyd edək ki, bu günə qədər Azərbaycanda da sosial şəbəkədən istifadə edən yeniyetmələr digərlərinin şikarına çevrilərək, bədbəxtçiliklərlə üzləşiblər. Sözügedən sosial eksperimentin görüntülərini sizlərə təqdim edirik:


Mənbə: InterAz
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *