Bakıda 95 avtobus sürücüsü cərimələndi » AzNews.info -Xəbər portalı

Bölmə: Sosial

Bakıda 95 avtobus sürücüsü cərimələndi

Bakıda 95 avtobus sürücüsü cərimələndi


Bakıda 95 marşrut avtobusu sürücüsü cərimələnib.

Nəqliyyat Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı Oxu.Az-a bildirib ki, “Dövlət Avtomobil Nəqliyyatı Xidmətinin Bakı Sərnişin və Yük Daşımaları” MMC əməkdaşları tərəfindən aparılan reydlər nəticəsində keçən həftə 95 marşrut avtobusu sürücüsü cərimələnib.

Məlumata əsasən, 1 avtobus sürücüsü avtobusu sənədsiz idarə etdiyi üçün, 8 avtobus sürücüsü avtobusu qapını açıq idarə etdiyi üçün, digər 86 avtobus sürücüsü isə dayanacaqdan kənarda avtobusu saxlayaraq sərnişin götürdüyü üçün cərimələnib.

Hazırda paytaxt ərazisində reydlər davam etdirilir.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *