Azərbaycan ordusu tam döyüş vəziyyətinə gətirildi » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Hərbi, Video

Azərbaycan ordusu tam döyüş vəziyyətinə gətirildi – VİDEO

Azərbaycan ordusu tam döyüş vəziyyətinə gətirildi


Müdafiə naziri, general-polkovnik Zakir Həsənovun təsdiq etdiyi plana əsasən, Silahlı Qüvvələrin birlik, birləşmə və bölmələrində döyüşə hazır vəziyyətin yoxlanılması məqsədilə əməliyyat-taktiki, taktiki və taktiki-xüsusi intensiv təlimlər keçirilir.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, bütün səviyyələrdə motoatıcı, tank və digər qoşunlar arasında qarşılıqlı ələqənin yaradılması və döyüş tapşırıqlarının yerinə yetirilməsi məqsədilə keçirilən təlimlər istənilən hava və iqlim, çətin və ağır relyef, o cümlədən gecə və məhdud görmə şəraitində döyüş atışları ilə tam müharibə vəziyyətinə yaxın elementlərlə icra olunur.

Təlimlərdə iştirak edən birləşmə və bölmə komandirləri qoşunların idarə olunmasını, şəxsi heyət isə silahların düzgün tətbiqi, döyüş texnikasının istismarı bacarığı və vərdişlərinin artırılması üzrə tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər. Şəxsi heyətin əldə edəcəyi bilik və bacarıqlar gələcək döyüş fəaliyyətlərində məharətlə tətbiq olunacaq.

Yüksək bacarıq və döyüş hazırlığı ilə fərqlənən tank, PDM, artillerya qurğularının heyətləri, hava hücumundan müdafiə və motoatıcı bölmələrin şəxsi heyəti təlim rəhbərliyi və komandanlıq tərəfindən həvəsləndiriliblər.


Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *