Düşmən 26 hərbçisini itirib » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Hərbi

Düşmən 26 hərbçisini itirib

Düşmən 26 hərbçisini itirib


2015-ci ildə Ermənistan ordusunda ölüm hallarının sayı artıb.

ANS PRESS-in məlumatına görə, bu haqda məlumat Helsinki Vətəndaş Assambleyasının Vanadzor ofisinin hazırladığı hesabatda əksini tapıb. 2015-ci il ərzində Ermənistan ordusu və Qarabağda yerləşən hərbi birləşmələrdə ümumilikdə 20 insident baş verib və bu inisidentlərdə 26 hərbçi ölüb. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə iki dəfə çoxdur.

Azərbaycan müdafiə naziri Zakir Həsənov isə ötən gün Tiflisdə jurnalistlərə açıqlamasında bu ilin əvvəlindən ermənilərin 30-dan çox hərbçisini itirdiyini bildirmişdi. Zakir Həsənov əlavə edib ki, Ermənistan ordusunda baş verən bu hərc-mərcliklər əhalinin əhval-ruhiyyəsinə də təsir edib.

“Ermənistan Silahlı Qüvvələri bu itkiləri gizlətsə də, özlərinin açıqladıqları rəsmi məlumatlara görə, 30 hərbçi itiriblər. Müxtəlif saytların itkilər barədə yaydığı məlumatlarda isə bu rəqəm 50-yə gedib çıxır. Bu itki yalnız bu il baş verib", - deyə nazir əlavə edib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *