Soyqırım ekspozisiyası yeniləndi » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Sosial, Tarix, Foto

Soyqırım ekspozisiyası yeniləndi – FOTO

Soyqırım ekspozisiyası yeniləndi


AMEA Milli Azərbaycan Tarixi Muzeyinin daimi ekspozisiyasında “Azərbaycanlıların soyqırımı” bölməsinin yenidən qurulması ilə bağlı işlər tamamlanıb.

ANS PRESS xəbər verir ki, əvvəllər ekspozisiyada erməni şovinistlərinin azərbaycanlılara qarşı 1905-1906-cı illərdə, eləcə də 1918-ci ildə törətdikləri soyqırımlar əyani materiallar vasitələri ilə göstərilirdisə, yenidənqurma işləri ekspozisiyanın daha da zənginləşdirilməsi, əhatəli olması, Azərbaycan alimlərinin son dövrlərdə aşkar etdiyi yeni materialların əks olunmasını nəzərdə tutaraq aparılıb.

Belə ki, “1905-1906-cı illər hadisələri”, eləcə də “Azərbaycan I Dünya müharibəsi illərində” bölmələri ilə tanış olan tamaşaçı “Azərbaycanlıların soyqırımı” bölməsinə daxil olur.

Bölmənin birinci otağının girişindəki informasiya panellərində 1917-ci ildə Rusiya imperiyasının parçalanması ilə Qafqazda yaranmış vəziyyət və 1918-ci ildə azərbaycanlıların soyqırımlarının səbəbləri göstərilmişdir. Vitrinlərdə nümayiş olunan müvafiq fotomateriallar və tarixi sənədlər sübut edir ki, əzəli Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı törədilən soyqırımları həyata keçirən erməni dəstələri əslində Antanta ölkələri olan Rusiya, İngiltərə və Fransa tərəfindən Osmanlı imperiyası ilə müharibə aparmaq məqsədilə yaradılmış, zabit kadrları və ən müasir silahlarla təhciz olunmuşdular.

Rusiya imperiyasının parçalanması ilə Qafqazda yaranmış vəziyyətdən yararlanmağa çalışan ermənilər xarici havadarların dəstəyindən istifadə edərək öz dövlətlərini yaratmaq məqsədləri ilə əzəli Azərbaycan torpaqlarında azərbaycanlılara qarşı divan tutmuşdular. Bakıda hakimiyyətə gələn və erməni- bolşeviklərin rəhbərlik etdikləri Bakı Soveti də yaranmaqda olan Azərbaycan dövlətinin qarşısını almağı, azərbaycanlıları fiziki olaraq məhv etmək istiqamətində fəaliyyət aparırdı.

“Azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımlar (1918-1920)”, “Bakıda 1918-ci il soyqırımı”, “Qubada 1918-ci il soyqırımı”, “Şamaxıda 1918-ci il soyqırımı” informasiya panellərində azərbaycanlıların soyqırımlarını sübut edən tarixi faktlar, müvafiq fotolar və tarixi sənədlərin surətləri verilmişdir. “Azərbaycanlılara qarşı ermənilərin törətdikləri soyqırımlar (1918-1920)” xəritəsi sübut edir ki, soyqırımlar bütün Cənubi Qafqazda, İrəvan və Zəngəzurdan başlamış Bakı və Qubaya qarşı bütün əzəli Azərbaycan torpaqlarında həyata keçirilirdi.

“Fövqəladə Təhqiqat Komissiyası” adlı informasiya panellərində Azərbaycan Cümhuriyyəti hökuməti tərəfindən azərbaycanlıların soyqırımlarını araşdırmaq məqsədi ilə yaradılmış komissiyasının fəaliyyəti əks olunmuşdur. İriölçülü fotopanellərdə FTK tərəfindən 1918-ci ildə çəkilmiş fotoşəkillərin surətləri verilmişdir. Vitrinlərdə dövrün silahları, tarixi sənədlər, fotoşəkillər, eləcə də ayrıca podium üzərində Bakıda erməni sahibkarı Xatisovun zavodunda düzəldilmiş və 1918-ci il mart soyqırımları zamanı azərbaycanlılara qarşı istifadə olunmuş top nümayiş olunur.

«Soyqırım hadisələrinin incəsənətdə əks olunması” panellərində tanınmış Azərbaycan rəssamları, dövrün hadisələrinin şahidləri Bəhruz Kəngərli və Əzim Əzimzadənin müvafiq rəsm əsərlərinin surətləri göstərilib.

“Yurdun alovu, ruhun atəşi” (azərbaycanlıların soyqırımında öldürülənlərin, lakin ruhlarının atəşilə vətən azadlığının tonqalını yandıranların xatirəsinə) adlı kompozisiya (heykəltəraş M.Rəşidov) azərbaycanlıların heç nəyə baxmadan azadlıq uğrunda mübariz əzmini nümayiş etdirir.

Bölmənin “Erməni vəhşilikləri davam edir: Xocalı soyqırımı” adlı ikinci otağı XX əsrin sonlarında da ermənilərin öz məqsədlərindən əl çəkmədiklərini, azərbaycanlılara qarşı soyqırım törətdiklərini sübut edir. Burada qurulan informasiya panellərində 1992-ci ilin fevralında Qarabağın Xocalı şəhərinin erməni vandalları tərəfindən işğal olunması, burada yaşayan azərbaycanlıların məhv edilməsini nümayiş etdirir. Vitrində Qarabağ uğrunda, Azərbaycanın müstəqillyi və ərazi bütövlüyü uğrunda vuruşmuş vətən oğullarının şəxsi əşyaları, silahları nümayiş olunur.

Ekspozisiyada olan bütün məlumatlar üç dildə - azərbaycan, rus, ingilis dillərində verilib.

Hadisəlrlə bağlı ətraflı məlumat almaq istəyənlər üçün ekspozisiyada qurulmuş sensor kompyuterində tarixi məlumatlar, fotoşəkillər, tarixi sənədlərin surətləri yerləşdirilmişdir. Eləcə də monitorda “Azərbaycanlıların soyqırımı” fotolardan ibarət slayd-filmi göstərilir.


Soyqırım ekspozisiyası yeniləndi
Soyqırım ekspozisiyası yeniləndi
Soyqırım ekspozisiyası yeniləndi
Soyqırım ekspozisiyası yeniləndi

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *