Azərbaycanlı Aytən erməni Kima ilə duet oxudu » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Sosial, Maqazin

Azərbaycanlı Aytən erməni Kima ilə duet oxudu

Azərbaycanlı Aytən erməni Kima ilə duet oxudu

Sosial şəbəkələrdə erməni və azərbaycanlı qızların “Mi gna” (“Getmə”) adlı məşhur kompozisiyanı birlikdə oxuduqları video yayımlanıb. Virtualaz.org xəbər verir ki, videoda Rusiyada yaşayan Kima Xudoyan rəfiqəsi Aytənlə birlikdə oxuyur. Videonu “İnstagram”da öz qrupunda erməni qruplarından biri paylaşıb.

Videoya şərhlərdə erməni istifadəçilər yazırlar: “Afərin!”, “Əhsən! Qoy yeni nəsil düşmənlik və qisas hisslərindən uzaq böyüsün”, “Pis millətlər yoxdur, pis adamlar var!”, “İranda ermənilərlə azərbaycanlılar yaxşı dostluq edir”, “Rusiyada bu mümkündür” və s.

Xudoyan auditoriyaya xoş sözlərə görə minnətdarlığını bildirib. Lakin digər qəbildən şərhlər də olub. Məsələn, erməni istifadəçilərdən biri yazır: “Maraqlıdır ki, yalnız ermənilər dostluqdan danışır! Azərbaycanlılardan soruşmusunuz – bəlkə onlar sizinlə dostluq etmək istəmir?!”

Mənbə: Virtualaz.org
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *