Mübariz İbrahimov haqqında film çəkiləcək » AzNews.info -Xəbər portalı

Mübariz İbrahimov haqqında film çəkiləcək – VİDEO

Mübariz İbrahimov haqqında film çəkiləcək


Türkiyənin “İST Film” şirkəti Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun həyat yolundan bəhs edən film çəkir.

AzNews.info Musavat.com-a istinadən xəbər verir ki, 2018-ci ildən kinoteatrlarda nümayiş olunacaq “Mübariz” adlı ekran işinin ilk tizer treyleri filmin “Youtube” kanalında yayılıb.

Film üçün açılan rəsmi “Facebook” səhifəsində isə ekran işi haqda məlumatlar da yayımlanıb:

2015-ci ildən bəri hazırlıqları davam edən Azərbaycan Milli Qəhrəmanı Şəhid Mübariz İbrahimovun həyatından bəhs edən filmin çəkilişləri 15 İyul hərbi çevrilişə cəhddən sonra təxirə salınsa da, 2017-ci ilin yaz aylarından “İST Film” tərəfindən davam etdiriləcək. Çəkilişlər Azərbaycanda baş tutacaq. Azərbaycan dövlət rəsmiləri ilə aparılan danışıqlar nəticəsində filmdə Mübariz İbrahimovun yaşadığı gerçək məkanlardan istifadə ediləcək.

Türkiyə və Azərbaycandan iki rejissor birlikdə çalışacaq. Proyektdə Azərbaycandan rejissor Samir Kərimoğlu, ssenarist Rəşad Süleymanoğlu və məşhur aktyor heyəti ilə birlikdə çalışılacaq. Döyüş səhnələrində Türkiyə və Azərbaycandan əlavə, Hollywood ilə Bollywood kinolarının dünyaca məşhur rejissorları ilə işbirliyi qurulacaq.

Qeyd edək ki, Mübariz İbrahimov 1988-ci il fevralın 7-də Biləsuvar rayonunun Əliabad kəndində anadan olub.

2005-ci ildə həqiqi hərbi xidmətə çağrılıb. Əsgəri xidmətini Daxili Qoşunların “N” saylı hərbi hissəsinin Xüsusi Təyinatlı Bölüyündə keçirib. Həqiqi hərbi xidmətini 2007-ci ildə çavuş rütbəsində başa vurub.

Bir müddət mülki işlərdə işlədikdən sonra 2009-cu ilin avqust ayında yenidən gizir rütbəsində hərbi xidmətdə çalışmağa başlayıb. Bir müddət sonra öz arzusu ilə cəbhə bölgəsindəki hərbi hissələrdən birində xidmət etməyə başlayıb.

O, 2010-cu il iyunun 18-də Tərtər rayanunun Çaykəndi yaxınlığında düşməni ağır itkilərə məruz qoyduqdan sonra, qeyri-bərabər döyüşdə qəhrəmancasına həlak olub.

Mübariz İbrahimovun meyiti 2010-cu il noyabrın 6-da Ermənistan tərəfdən alınıb.

Azərbaycan Prezidenti İlham Əliyev Azərbaycan Milli Ordusunun giziri Mübariz Ağakərim oğlu İbrahimova “Azərbaycanın Milli Qəhrəmanı” adının (ölümündən sonra) verilməsi barədə sərəncam imzalayıb.

Mübariz İbrahimovİkinci Fəxri xiyabanda dəfn olunub.

Mənbə: Musavat.com
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *