Samir Cavadzadənin Xocalı fəryadı » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Sosial

Samir Cavadzadənin Xocalı fəryadı

Samir Cavadzadənin Xocalı fəryadı


Azərbaycanlı müğənni Samir Cavadzadə Xocalı faciəsi ilə bağlı hisslərini bildirib.

ANS PRESS-in məlumatına görə, haqqında yayılan şayiələr səbəbilə efirlərdən uzaqlaşan istedadlı müğənni Samir Cavadzadə Xocalı faciəsinin 23-cü ildönümündə erməni vəhşiliyi qarşısında söz tapa bilmədiyini diqqətə çatdırıb. Müğənni bu barədə fikirlərini sosial şəbəkədəki səhifələrindən birində yazıb.

“Bir söz tapa bilmirəm insan qəddarlığına! Nələr hiss edim, onu da bilmirəm. Bu xalq nə vaxta kimi şəkillərə, videolara baxıb göz yaşları töləkəcək? Xocalının, Qarabağın həsrətini yox, sərvətini – havasını görüb-duymaq istəyirik”, - deyə müğənni “Facebook” səhifəsində bildirib.

Qeyd edək ki, Samir Cavadzadə “O Səs Türkiyə”nin bu mövsümünün qalibi olmuş Elnur Hüseynovla birlikdə 2008-ci ildə “Eurovision”da Azərbaycanı təmsil etmiş ifaçıdır. Onların dueti müsabiqədə 8-ci yeri tutmuşdu.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *