Bağla

AzNews.info



“Qızıl Məryəm”in əri Qarabağ qazisi olub - “Fəryad”ın prototipi – VİDEO

“Qızıl Məryəm”in əri Qarabağ qazisi olub - “Fəryad”ın prototipi


Yanvarın 5-də Nəsimi rayonu, Feyzulla Qasımzadə küçəsi-17 ünvanında qətlə yetirilən 1960-cı il təvəllüdlü Məryəm Namədzadənin həyatı ilə bağlı şok fakt məlum olub.

AzNews.info Femida.az-a istinadən xəbər verir ki, Məryəm Namədzadənin həyat yoldaşı Mehman Hüseynov Qarabağ qazisi olub. Qarabağ müharibəsi illərindən bəhs edən “Fəryad” filmindəki İsmayıl da məhz Mehman Hüseynovun prototipidir. Yəni filmdə baş verən hadisələr Mehmanın başına gələnlərdir.
Mehman Hüseynov Milli Ordumuzun Şıx batalyonun ilk könüllülərindən və batalyonda tağım komandiri olub. 1991-ci ilin dekabrında Kərkicahanda düşmənlə qeyri-bərabər döyüşdə sonacan müqavimət göstərib, sursatları bitib, əsgərlərimizin çoxu həlak olub, Mehman isə yaralı vəziyətdə əsir düşmüşdü.

Həmin illərdə 9 nəfər əsgəri ilə mühasirədə olduğu evdən 80 ermənini məhv edən, 2 ay əsirlik həyatından sonra xilas olub. Onun Məryəm xanımla evliliyindən Günel Hüseynova adlı qızları dünyaya gəlib. Anasının qətlində adı hallanan qız məhz həmin qızdır. Qarabağda çətin döyüş yolu keçmiş Mehman Hüseynov isə 2015- ci ilin mayın 12- də qəfildən ürəktutmasından vəfat edib.

Mehman Hüseynovun əsirlikdən sonra çəkilmiş görüntülərini təqdim edirik.


Mənbə: Femida.az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *