Rusiya Xocalı soyqırımını tanıyacaqmı? » AzNews.info -Xəbər portalı

Bölmə: Qarabağ, Sosial, Dünya

Rusiya Xocalı soyqırımını tanıyacaqmı?

Rusiya Xocalı soyqırımını tanıyacaqmı?


Azərbaycanın Rusiyadakı diasporu Xocalı faciəsinin soyqırımı kimi tanınması üçün Rusiya Dövlət Dumasının sədri Sergey Narışkinə müraciət edib.

AzNews.info APA-ya istinadən verdiyi xəbərə görə, müraciətin müəllifləri Dövlət Dumasının sədrini Xocalıda törədilən kütləvi qətllərin soyqırımı kimi tanımağa çağırıblar.

“Təəssüf ki, indiyədək Dövlət Duması Xocalı faciəsinin soyqırımı kimi tanınması məsələsini müzakirə etməyib. Bu isə Rusiya azərbaycanlıları arasında və Azərbaycanda ciddi narazılığa səbəb olur”, - deyə müraciətdə bildirilir.

Qeyd edək ki, Rusiya-Türkiyə münasibətlərinin gərginləşməsi fonunda deputatlar N. Leviçev və S. Mironov Rusiya Dövlət Dumasına “erməni soyqırımı”nı inkar edənlərin cəzalandırılmasını nəzərdə tutan qanun layihəsini təqdim ediblər.

Azərbaycan diasporunun nümayəndələri qeyd ediblər ki, Mironovun təşəbbüsü rusiyalı siyasətçilərin məsələyə birtərəfli yanaşmasının göstəricisidir.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *