İsrail əsgərləri: Qəsdən öldürdük » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

İsrail əsgərləri: Qəsdən öldürdük

İsrail əsgərləri: Qəsdən öldürdük


İsrailin keçən il Qəzza zolağında həyata keçirdiyi hərbi əməliyyatlarda iştirak edən yəhudi əsgərlər qırğın etdiklərini etiraf ediblər.

ANS PRESS-in məlumatına görə, "Breaking the Silence" adlı insan hüquqları dərnəyi 2200 fələstinli və 60 israilli əsgərlə görüşüb. Hərbi əməliyyatlarda iştirak edən əsgərlərin dedikləri dərnək tərəfindən hesabata salınıb.

Hesabatda bildirilir ki, İsrail əsgərlərinə Qəzza zolağında irəlilədikləri zaman hər tərəfə atəş açmaq əmri verilib. Əsgərlər bomabaladıqları binaların hərbi təyinatlı olub-olmadığını da bilmədiklərini deyiblər.

240 səhifəlik hesabatda əsgərlərə verilən əmrlərin beynəlxalq hüquqa zidd olduğu ifadə edilir.

İsrail müdafiə Nazirliyi sözügedən hesabatda yer alan faktlarının heç birini təsdiq etməyib.

Qeyd edək ki, ötən il İsrail Qəzza zolağında 50 günlük hərbi əməliyyat keçirmişdi. Nəticədə minlərlə fələstinli öldürülmüş və yaralanmışdı.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *