Zakir Həsənovdan yeni əmr » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial

Zakir Həsənovdan yeni əmr

Zakir Həsənovdan yeni əmr


Azərbaycan Silahlı Qüvvələrində ümumordu iməciliyi keçirilir. ANS PRESS-in Müdafiə Nazirliyinə istinadən verdiyi məlumata görə, iməcilik müdafiə naziri general-polkovnik Zakir Həsənovun əmrinə əsasən Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 92-ci ildönümü və Böyük Vətən müharibəsində qələbənin 70 illik yubileyi münasibəti ilə mayın 2-də keçirilir.

Təsdiq edilmiş plana əsasən şəxsi heyət ümummilli liderimiz Heydər Əliyevin abidələrinin yerləşdiyi ərazilərdə, guşələrdə abadlıq və tərtibat işləri aparacaq, yaşıllıqlara qulluq göstəriləcək, müxtəlif növ ağac və gül kolları əkiləcək, digər tədbirlər həyata keçiriləcək.

Yüksək bayram əhval-ruhiyyəsində hərbi orkestrlərin çıxışları ilə müşayiət olunan ümumordu iməciliyində Böyük Vətən müharibəsində həlak olanların xatirəsinə ucaldılmış abidələrin, Sovet İttifaqı Qəhrəmanları məzarlarının ətrafında da abadlıq-təmizlik işləri yerinə yetiriləcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *