Erməni azərbaycanlı məktəblini vurub öldürdü » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Kriminal

Erməni azərbaycanlı məktəblini vurub öldürdü

Erməni azərbaycanlı məktəblini vurub öldürdü


Ötən gün axşam radələrində Gürcüstanın Ermənistanla həmsərhəd, azərbaycanlıların kompakt yaşadığı Sadaxlı kəndində ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.info xəbər verir ki, APA-nın Gürcüstan bürosunun məlumatına görə, Ermənistan vətəndaşının idarə etdiyi “Mercedes” markalı taksi avtomobili 1 saylı Sadaxlı kənd orta məktəbinin 4-cü sinif şagirdi, 10 yaşlı Əliyev Əli Məhəmməd oğlunu vurub. Məktəbli hadisə yerində keçinib. Hadisə barədə "Sadaxlı Dirçəliş İttifaqı"nın sədri Sabir Mehdiyev məlumat verib. Onun sözlərinə görə, maşın yüksək sürətlə hərəkət edib.

Hadisəni Sadaxlı 1 saylı orta məktəbin direktoru Sayad Xəlilov da təsdiqləyib.

Marneuli Rayon Bələdiyyəsinin sədri Nəbi Abdullayev isə hadisə ilə bağlı cinayət işi qaldırıldığını bildirib: "Hadisəni törədən sürücü saxlanılıb. İki-üç gün bundan əvvəl yol departamentinə məktub yazmışdıq ki, kəndin içinə tramplinlər qoyulsun. Cavab almışdıq ki, bu iş yaxın həftədə həyata keçiriləcək".

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *