İŞİD liderinin xilafət elan etdiyi məscidin ətrafı nəzarətə götürülüb » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Kriminal, Dünya

İŞİD liderinin xilafət elan etdiyi məscidin ətrafı nəzarətə götürülüb

İŞİD liderinin xilafət elan etdiyi məscidin ətrafı nəzarətə götürülüb


Bu gün İraq federal polis qüvvələri Mosulda İŞİD lideri Əbubəkir əl-Bağdadinin 2014-cü ildə xilafət elan etdiyi məscid ətrafındakı ərazini nəzarətə götürüb.

AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, 800 il əvvəl tikilmiş məscid İŞİD terrorçuları üçün böyük simvolik önəm daşıyır.

Bu səhər uğurlu əməliyyatdan sonra Mosulda “Köhnə şəhər”də azad edilmiş binaların damlarında nişançılar yerləşdirilib və məscid kompleksinin ətrafındakı ərazi atəş altına alınıb. Təhlükəsizlik qüvvələri terrorçuların məscid kompleksindən geri çəkiləcəyi halda kompleksin minalanacağını proqnozlaşdırır.

Qeyd edək ki, Mosulun qərbinin İŞİD-dən azad edilməsi əməliyyatı bu ilin fevralında başlayıb.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *