Azərbaycandan gedən erməni əsirdən xəbər var » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

Azərbaycandan gedən erməni əsirdən xəbər var

Azərbaycandan gedən erməni əsirdən xəbər var


Azərbaycandan üçüncü ölkəyə təhvil verilən erməni hərbi əsir Akop İnciqulyan yaxınları ilə əlaqa saxlayıb.

ANS PRESS-in məlumatına görə, bu barədə A.İnciqulyanın qardaşı məlumat verib. O, Akop İnciqulyanın heç bir probleminin olmadığını söyləyib:

"Qardaşımla danışdıq. O, özünü yaxşı hiss etdiyini və səhhəti ilə bağlı heç bir probleminin olmadığını söylədi. Hazırda o, Cenevrədədir. Ümid edirik o, evə qayıdacaq".

Qeyd edək ki, iki gün öncə Akop İnciqulyan Beynəlxalq Qırmızı Xaç Komitəsinin vasitəçiliyi ilə üçüncü ölkəyə təhvil verilib.

Xatırladaq ki, A.İnciqulyan 2013-cü il, avqustun 8-də təmas xəttini keçərək Azərbaycan tərəfinə təslim olub.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *