“Fərat qalxanı” hərbi əməliyyatı başa çatdı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət » Hərbi

“Fərat qalxanı” hərbi əməliyyatı başa çatdı

“Fərat qalxanı” hərbi əməliyyatı başa çatdı

Türkiyə Silahlı Qüvvələrinin Suriyanın şimalında həyata keçirdiyi “Fərat qalxanı” əməliyyatı başa çatıb.

AzNews.info-nun APA-ya istinadən verdiyi məlumata görə, bu barədə Türkiyə Milli Təhlükəsizlik Şurası iclasının yekun bəyanatında bildirilib.

“Milli təhlükəsizliyin təmin edilməsi, İŞİD təhlükəsinin qarşısının alınması və suriyalı qaçqınların vətənlərinə geri qaytarılması məqsədi ilə həyata keçirilən “Fərat qalxanı” əməliyyatı uğurla başa çatıb”, - bəyanatda deyilir.

Qeyd edək ki, “Azad Suriya Ordusu” Türkiyə Silahlı Qüvvələrinin köməyi ilə 2016-cı il avqustun 24-dən etibarən Suriyanın şimalında İŞİD silahlılarına qarşı əməliyyata başlamışdı.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *