Zeynəb Xanlarova: Müharibə etməliyik » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Sosial

Zeynəb Xanlarova: Müharibə etməliyik

Zeynəb Xanlarova: Müharibə etməliyik


“Neçə illərdir hamı çıxış edir. Bunlar nə üçündür? Özümüz deyib, özümüz də eşidirik”.

Aznews.info “Report”-a istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Zeynəb Xanlarova deyib.

O bildirib ki, torpaqların işğaldan azad edilməsi məsələsində gözləmək lazım deyil:

“Danışıqlar, müzakirələr mənə çatmır, onsuz da qulaq asmırlar. Müharibə etməliyik, torpaqlarımızı azad etməliyik. 25 ildir xeyli şəhid vermişik. Niyə belə olmalıdır?! ATƏT-in Minsk qrupunun addımını gözləməli deyilik. Ermənilər bizim evimizə girib. Hər dəfə ölməkdənsə, birdəfəlik ölmək lazımdır. Hər dəfə şəhid xəbəri gələndə elə bilirəm, balalarım ölür. Nə vaxta qədər dözməliyik? Onlar müsəlmanların düşmənləridirlər. Niyə icazə almalıyıq ki?”

Milli Məclisin vitse-spikeri Bahar Muradova isə deyib ki, müharibə ilə bağlı qərar vermək Ali Baş Komandan İlham Əliyevin səlahiyyətindədir:

“Azərbaycan Prezidenti İlham Əliyev sülh danışıqları aparmaqla yanaşı, müharibəyə də hazırlaşır. Zeynəb Xanlarova Ermənistan-Azərbaycan Sülh Platformasına üzv olub. Düşünürəm ki, Zeynəb xanım sülh çərçivəsindən çıxış edərək bu cür deyir. Bu məsələdə bədgüman olmamalıyıq”.

Mənbə: Report.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *