Bağla

AzNews.info



Bölmə: Hərbi, Video

Onlar da döyüşə hazırdır - VİDEO

Onlar da döyüşə hazırdır


Bu gün Azərbaycan sərhədçilərinin peşə bayramıdır. Sərhəd mühafizəsinin yaranmasından 95 il keçir.

ANS TV-nin məlumatına görə, Azərbaycanın hüdudlarını mühafizə edən sərhəd qoşunlarının yaranma tarixi 20-ci əsrin əvvəlinə, demokratik respublika zamanına təsadüf edir. 1919-cu il avqustun 18-də Xalq Cümhuriyyətinin Nazirlər Kabineti “Azərbaycan Respublikasının Gömrük baxımından sərhəd mühafizəsinin təsis edilməsi haqqında” qərar qəbul edib. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra 1991-ci il dekabrın 16-da dövlət sərhədinin mühafizəsi üzrə komitə yaradılıb. Bir qədər sonra Milli Təhlükəsizlik Nazirliyinin tərkibində sərhəd qoşunları formalaşdırılmağa başlayıb.

2002-ci il iyulun 31-də isə Heydər Əliyev sərhəd qoşunlarının Milli Təhlükəsizlik Nazirliyinin tərkibindən çıxarılması və onun bazasında Dövlət Sərhəd Xidmətinin yaradılması barədə fərman imzalayıb. Hazırda sərhəd qoşunları terrorizm, qeyri-leqal miqrasiya, narkotik qaçaqmalçılığına qarşı ciddi mübarizə aparır. Sərhəd qoşunlarının tərkibində dövlət sərhədlərinə havadan nəzarət etmək üçün aviasiya dəstəsi fəaliyyət göstərir ki, bu bölmə dəniz sərhədlərinin, ixrac-boru kəmərlərinin, neft platformalarının mühafizəsi, dənizdə və quruda xilasetmə tədbirlərinin həyata keçirilməsində böyük rol oynayır. Bununla yanaşı, Xəzər dənizində dövlət sərhədlərinin mühafizəsinin gücləndirilməsi istiqamətində zəruri tədbirlər görülür. Ötən ayın 18-də Türkanda istifadəyə verilən Gəmi İnşası Zavodu dəniz sərhədlərinin mühafizəsində mühüm rol oynayacaq.

Dövlət Sərhəd Xidmətinin rəis müavini Azad Ələkbərovun sözlərinə görə, zavodun imkanları hesabına sərhəd gözətçi gəmiləri yenilənəcək, sərhəd sularında dövlət maraqlarımızın qorunması imkanları xeyli dərəcədə genişlənəcək.

Sərhəd Qoşunlarının şəxsi heyəti Azərbaycan Silahlı Qüvvələrinin digər növlərilə birgə işğal altındakı ərazilərin azad edilməsinə öz töhfəsini verməyə hazırdır.


Mənbə: ANSPRESS

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *