Donetskə gizli qoşun yeridilir » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Dünya

Donetskə gizli qoşun yeridilir

Donetskə gizli qoşun yeridilir


Donetskə hansı ölkəyə məxsus olduğu bilinməyən hərbi texnika yeridilir.

ANS PRESS-in məlumatına görə, bu barədə ATƏT-in müşahidəçi missiyası bildirib. Xəbər qurumun saytında yerləşdirilən hesabatda qeyd olunur.

""Donetsk Xalq respublikası"nın nəzarəti altında olan Şaxtyorska tərəf hansı ölkəyə məxsus olduğu bilinməyən 19 hərbi texnika irəliləyib. Lakin onlardan birinin üzərində "Novorossiya" yazılıb. Bunu ATƏT-in müşahidəçiləri görüblər", deyə hesabatda bildirilir.

Eyni zamanda qeyd olunur ki, ATƏT müşahidəçiləri həmin texnika keçdikdən bir müddətdən sonra daha 71 hərbi texnikanın eyni istiqamətdə hərəkət etdiyini görüblər. Lakin onların da hansı ölkəyə məxsus olduğu bilinmir.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *