Gənclər hərbi təlimdə » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Video

Gənclər hərbi təlimdə – VİDEO

Gənclər hərbi təlimdə


İlk dəfə olaraq Müdafiə Nazirliyi Səbail İcra Hakimiyyətilə birgə həyata keçirdiyi “Gənc Heydərçilər” hərbi təmaüllü düşərgənin iştirakçıları bu gün səhra çıxışı ediblər. Səbail rayonundan olan 70-dən artıq gənc məktəbli Müdafiə Naziriliyini Qusardakı hərbi hissəsində artıq bir həftədir hərbi biliklərə yiyələnməyə başlayıblar.

ANS TV-nin məlumatına görə, yeni hərbi vətənpərvərlik layihəsinin icrasına avqustun 18-dən başlanılıb. Səbaildən olan 70-dən artıq gənc hərbçi yeniyetmə Qusardakı hərbi hissədə hərbi biliklərə yiyələnməyə start veriblər. Burada onlar müxtəlif hərbi hissə ilə müxtəlif silah-sursat, avadanlıqlarla və hərbi texniklarla tanış olmaq imkanı əldə edəcəklər. Bu gün “Gənc Heydərçilər” düşərgəsinin iştirakçıları hərbi hissənin atəş zolağına gətirilərək burada müxtəlif atıcı silahlardan atəş açma vərdişi əldə ediblər.

Müdafiə Nazirliyinin Qusardakı hərbi hissəsinin komandir əvəzi Şahin Qəhrəmanov gənc hərbçilərin son bir həftə ərzində hərbi hissə ilə yaxından tanış olduqlarını deyərək yenicə atəş açmağı öyrənən bu gənclərə gələcəkdə böyük inam bəslədiyini gizlətmədi.

Hərbi hissənin komandir əvəzi Şahin Qəhrəmanovun sözlərinə görə, “Əsas məqsədimiz gənclərimizin böyüyüb ordu sıralarına daxil olduqda, öz atıcı silahlardan normal döyüş açma qabiliyyəti və vətənpərvərlik ruhunun yüksək olmasıdır. Hansı ki, indi keçiriləcək atışmanın nəticələrinə görə onların hər biri qiymətləndiriləcək”.

Qusarda təlim keçən gənc hərbçilər də hərbi biliklərə yerindəcə yiyələnmələrindən çox şey qazandıqlarını deyirlər.

Gənc hərbçi Kənan Nəsibli isə deyir ki, "Burda artilleriya silahlarıyla yanaşı, dıgər silahın sökülüb-yığılması ilə də tanış oluruq. Hazırda silahdan atəş açacağıq. Mən bunu çoxdan gözləyirdim. Bir də demək istəyirəm ki, bu düşərgə Azərbaycanın bütün bölgələrində olsun”.

Hərbi hissənin nümayəndələri düşərgə iştirakçılarına 3 növ atıcı silahdan atəş açmağı çox səbrlə öyrədirdilər.

İştirakçılara həmçinin avtomatı necə söküb-yığmaq vərdişi də başa salınırdı.

Hərbi düşərgənin sentyabrın birində bağlanış mərasimi olacaq. Düşərgənin bütün xərclərini Müdafiə Nazirliyi öz öhdəsinə gütürüb.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *