İngiltərə İŞİD-lə bağlı qərarını verdi » AzNews.info -Xəbər portalı

Bölmə: Hərbi, Dünya

İngiltərə İŞİD-lə bağlı qərarını verdi

İngiltərə İŞİD-lə bağlı qərarını verdi


İngiltərə İraqa İŞİD-lə mübarizə aparmaq üçün quru qoşunlar göndərməyəcək.

ANS PRESS-in məlumatına görə, Birləşmiş Krallığın müdafiə naziri Mixail Fallon BBC-yə verdiyi açıqlamada bildirib ki, İraqın İŞİD ilə mübarizəsində bu ölkəyə hərbi təlimçilərin göndəriləcəyini açıqlayıb. Bu dəstək təkcə kürdlərə deyil, bütün ölkəyə göstəriləcək.

Hərbi qulluqçuların bir neçə həftə içərisində İraqa göndəriləcəyini deyən Fallon İraqa yollanacaq hərbçilərin sayı barədə məlumat verməyib.

"Bu məhdud bir əməliyyat olacaq. Baş nazir Devid Kemeronun da vurğuladığı kimi İngiltərə radikallarla döyüşmək üçün İraqa quru qoşunlar göndərməyəcək".

Qeyd edək ki, İngiltərənin 12 hərbçisi İraqın şimalında ağır silahlarla bağlı təlimlər keçir. Həmçinin Birləşmiş Krallığın hərbi aviasiyası ABŞ-ın rəhbərlik etdiyi anti-İŞİD koalisiyası çərçivəsində əsasən kürdləri təhdid edən İŞİD-in mövqelərini bömbalayır.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *