"Biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq" » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Qarabağ

"Biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq"

"Biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq"


Fransa Senatının "Fransa-Qafqaz" Dostluq Qrupunun sədr müavini və Senatın xarici məsələlər üzrə komissiyasının sədr müavini Natali Qule iyulun 7-də Senatda hökumətə suallar proseduru çərçivəsində Dağlıq Qarabağ separatçı rejiminin "prezidenti" Bako Saakyanın Fransaya etdiyi səfərlə bağlı sual səsləndirib.

AzNews.info xəbər verir ki, Azərbaycanın Fransadakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, N.Qule hökumət nümayəndəsinə sualı verərkən bunları deyib:

"Qafqazda bir neçə dondurulmuş münaqişə mövcuddur ki, bunlardan biri Ermənistanla Azərbaycanı qarşı-qarşıya gətirən Dağlıq Qarabağ münaqişəsidir. May ayında qondarma Dağlıq Qarabağ Respublikasının “prezidenti” Fransaya “rəsmi” səfər edib və Drom departamenti, habelə bir neçə şəhərlə “dostluq xartiyaları” imzalayıb. Bu qondarma respublika heç bir ölkə, hətta Ermənistan tərəfindən tanınmayıb. Fransa bu münaqişənin həllində mühüm diplomatik rol oynayır, ATƏT-in Minsk qrupunun həmsədridir. Sözügedən xartiyaların imzalanması yalnız Fransanın tutduğu rəsmi mövqe ilə deyil, həmçinin beynəlxalq hüququn prinsipləri ilə bir araya sığmır.

Bu, əslində işğal faktına dəstək verir. Təsəvvür edin ki, sabah qondarma Krım, Abxaziya və ya Cənubi Osetiyanın “prezidentləri” də Fransa şəhərləri ilə eyni xartiyaları imzalayacaq. Bu məsələ çox pis işarədir. Beynəlxalq hüququn tanımadığı bir ərazi ilə hər hansı sənədin imzalanması mümkün deyil".

Hökuməti təmsil edən Fransanın təhsil, ali təhsil və tədqiqatlar naziri yanında dövlət katibi Tyeri Mandon isə xarici işlər və beynəlxalq inkişaf naziri Loran Fabiusun adından bunları deyib:

"Xanım Qule, siz məsələnin siyasi və hüquqi baxımdan çox mürəkkəb olduğunu söyləməkdə tamamilə haqlısınız. Qeyd etdiyiniz kimi, Fransanın bir neçə yerli özünü idarəetmə icması qondarma Dağlıq Qarabağ Respublikasının yerli icmaları ilə “dostluq xartiyaları” imzalayıb. Bu xartiyalar “Dağlıq Qarabağ Respublikası”nın “prezidenti” Bako Saakyanın 18-20 may tarixlərində Fransaya səfəri zamanı imzalanıb.

"Biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq"


Söylədiyiniz kimi, Fransa ATƏT-in Minsk qrupunun həmsədridir və Ermənistanla Azərbaycan arasındakı münaqişənin həlli üçün vasitəçi rolunu oynayır. Fransa heç zaman Dağlıq Qarabağı müstəqil qurum və ya Ermənistanın bir hissəsi kimi tanımayıb. Biz Dağlıq Qarabağın müstəqilliyini tanımırıq və bu "qurumla" ikitərəfli əlaqələrimiz yoxdur. Odur ki, Fransa hökuməti yerli icmaların bu təşəbbüsündən təəssüflənir. Həmin “dostluq xartiyaları”nın imzalanması Yerli İcmalar Məcəlləsinin L. 1115-1-ci maddəsinə əsasən qeyri-qanunidir. Əlbəttə, bu addımın eyni zamanda Dağlıq Qarabağın müstəqilliyini tanımayan Fransanın beynəlxalq öhdəliklərinə də zidd olduğu aydındır.

Xanım senator, siz tamamilə haqlısınız ki, bu vəziyyət yenidən planetin digər bölgələrində yerləşən ərazilərlə bağlı, məsələn Krımla bağlı yaşana bilər. Sizi əmin edirəm ki, Fransa ATƏT-in Minsk qrupunun həmsədri kimi Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həlli üçün tam səfərbərdir. Qətiyyətlə bildirmək istərdim ki, bizim Ermənistanla əlaqələrimiz Fransanın Minsk qrupu çərçivəsində ənənəvi bitərəf mövqeyinə təsir göstərmir və bundan sonra da təsir etməyəcək".

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *