Poroşenko İlham Əliyevi təbrik etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi

Poroşenko İlham Əliyevi təbrik etdi

Poroşenko İlham Əliyevi təbrik etdi


Ukrayna prezidenti Pyotr Poroşenko rəsmi məktubla Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi və bütün Azərbaycan xalqını Azərbaycanda birinci Avropa Oyunlarının uğurla keçirilməsi münasibətilə təbrik edib.

Ukrayna rəhbəri qeyd edib ki, birinci Avropa Oyunları çərçivəsində bütün tədbirlərin yüksək səviyyəli təşkili Azərbaycan Respublikasının dünya səviyyəli yarışların keçirilməsinə, o cümlədən də Olimpiya oyunlarına hazır olduğunu göstərdi.

Məktubda qeyd edilib ki, belə nəticələrin əldə edilməsi üçün Azərbaycan Respublikası Prezidentinin rəhbərliyi altında AR Hökuməti və Oyunların təşkilat komitəsi ilə qarşılıqlı fəaliyyət göstərərək böyük həcmdə iş həyata keçiriblər.

Ukrayna prezidenti vurğulayıb ki, Ukrayna idmançıları və məşqçiləri Azərbaycan xalqı tərəfindən təqdim edilmiş qarşılanmanı minnətdarlıqla qəbul ediblər, eləcə də Azərbaycan azarkeşlərinin bütün yarışlar boyu dəstəyini yüksək qiymətləndiriblər.

Pyotr Poroşenko əminliklə bildirib ki, birinci Avropa Oyunları idman tarixində parlaq səhifə və 50 Avropa ölkəsindən olan idmançıların, eləcə də Oyunlar zamanı qonaqpərvər Azərbaycana səfər edən bütün dünyadan olan on minlərlə azarkeşin həyatının unudulmaz bir hissəsi olacaq.

Məktubun sonunda Ukrayna rəhbəri Azərbaycan Prezidentinə möhkəm can sağlığı və dost Azərbaycan xalqının rifahı üçün yeni nailiyyətlər arzulayıb.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *