Rusiya Ermənistana 54 milyon dollar ayıracaq » AzNews.info -Xəbər portalı

Rusiya Ermənistana 54 milyon dollar ayıracaq

Rusiya Ermənistana 54 milyon dollar ayıracaq


Ermənistanın maliyyə naziri Gaqik Xaçatryan başda olmaqla nümayəndə heyəti Moskvada Avrasiya stabillik və inkişaf fondunun şura iclasında iştirak edib, iclasda nazir Ermənistanın fond vəsaitindən kredit almaq üçün ərizə təqdim edib, Oxu.Az Armtudey-ə istinadən xəbər verir.

Fond son maliyyələşdirmə proqramı istiqamətində hazırlıq işlərini davam etdirməyi qərara alaraq, Ermənistana “İrriqasiya sistemlərinin modernləşdirilməsi” proqramı üçün fondun vəsaitindən 40 milyon dollar ayrılmasına dair ərizəni təsdiqləyib.

Kredit illik 2% ilə verilib, ödənmə müddəti 20 ildir, onun 10 ili imtiyazlıdır.

Eləcə də Ermənistan Maliyyə Nazirliyi və Rusiya Maliyyə Nazirliyi arasında İrəvana təmənnasız maliyyə yardımı barədə razılaşma da imzalanıb, bu razılaşmaya əsasən Ermənistanın Gömrük İttifaqına və vahid iqtisadi məkana birləşdirilməsi üçün ölkənin Maliyyə Nazirliyinə 14,1 milyon dollar ayrılacaq.

Xatırladaq ki, iyunun sonunda İrəvana silah almaq üçün Moskva tərəfindən 200 milyon dollar kredit təqdim edilməsinə dair razılaşma əldə edilib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *