Ərdoğan Rza Zərrabı mükafatlandırdı » AzNews.info -Xəbər portalı

Ərdoğan Rza Zərrabı mükafatlandırdı – VİDEO

Ərdoğan Rza Zərrabı mükafatlandırdı


Türkiyə İhracatçılar Məclisi (TİM) iş adamı Rza Zərrabı ilin ixaracatçısı mükafatına layiq görüb.

ANS PRESS-in məlumatına görə, Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın da qatıldığı tədbirdə TİM ixracatın müxtəlif sahələrində ən yüksək nəticələrə nail olmuş iş adamları mükafatlandırılıb. Rza Zərrab ləl-cəvahirat sektorunda ölkənin ən güclü ixracatçısı sayılıb.

1983-cü ildə Təbrizdə doğulmuş Rza Zərrab Türkiyədə “Volgam” qida və xarici ticarət şirkətinin idarə heyətinin sədridir. Mahnı sözlərinin müəllifi kimi də tanınan Rza Zərrab hazırda Türkiyədə yaşayır və müğənni Ebru Gündeşlə evlidir.

Rza Zərrab 17 dekabr 2013-cü ildə Türkiyənin üç nazirinin oğlu ilə birlikdə rüşvətə və qaçaqmala qarşı mübarizə çərçivəsində həbs edilmişdi.

21 dekabrda məhkəmə nazir Muammer Gülerin oğlu Barış Güler və nazir Zəfər Çağlayanın oğlu Kaan Çağlayan ilə birlikdə həbs olunmasına qərar verdi. Məhkəmə istintaqı böyüdü və həmin dövr baş nazir olmuş Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğan da dindirilməyə dəvət olundu.

Lakin hökumətin müdaxiləsi ilə 28 fevral 2014-cü ildə alınan bir qərarla Rza Zərrab və nazir övladları azad edildi. Parlamentdə çoxluq təşkil edən hakim partiya həmçinin cinayət işinin dayandırılması barədə qərar qəbul elədi.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *