Ərdoğan “Bakı -2015”i təyyarədə mobil telefonla izlədi » AzNews.info -Xəbər portalı

Ərdoğan “Bakı -2015”i təyyarədə mobil telefonla izlədi

Ərdoğan “Bakı -2015”i təyyarədə mobil telefonla izlədi


Prezident türkiyəli idmançılara təbrik məktubu göndərib.

Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanın “Bakı -2015” İlk Avropa Oyunlarını mobil telefonla izləməsinin görüntüsü yayılıb.

AzNews.info Qafqazinfo-ya istinadən xəbər verir ki, prezident İstanbuldan Ankaraya səfər zamanı türkiyəli yunan-Roma güləşçisi Rza Kayaalpın çıxışını telefon vasitəsi ilə izləyib.
Türkiyə prezidentinin Rza Kayaalp- Sabah Şəriəti qarşılaşmasını təyyarədə izlədiyinin görüntüsü yayılıb.

Ərdoğan eyni zaman “Bakı-2015”də medal qazan türkiyəli idmançılar Enes Erkan, Rıza Kayaalp, Burak Uygur və Serap Özçelikə təbrik məktubu göndərib.

Xatırladaq ki, 130 kq çəki dərəcəsində türkiyəli yunan-Roma güləşçisi Rza Kayaalp Avropa Oyunlarında qızıl medalın sahibi olub.

O, Azərbaycan idmançısı Sabah Şəriəti 3:0 hesabı ilə məğlub edib.

Mənbə: Qafqazinfo.az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *