Kiyevdə “Bakı-2015” avtoyürüşü » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, İdman, Video

Kiyevdə “Bakı-2015” avtoyürüşü – VİDEO+FOTO

Kiyevdə “Bakı-2015” avtoyürüşü


Kiyevdə “Bakı-2015” adlı avtoyürüş təşkil edilib. ANS PRESS-in məlumatına görə, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu Bakı 2015 Avropa Oyunlarının açılışına bir gün qalmış Kiyevin küçələrində "Bakı-2015" adlı icazəli avtoyürüş təşkil edib.

Avtomobillərində Bakı 2015 Avropa Oyunlarının rəmzi, Azərbaycan və Ukrayna bayraqlarını asmış sürücülər Kiyevin bütün mərkəzi küçələrindən keçiblər.

Bundan əlavə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporu və ÜmumUkrayna Azərbaycanlı Gənclər Təşkilatı Kiyevin mərkəzində 12-28 iyunda Bakıda keçirələcək Birinci Avropa Oyunlarına dəstək aksiyası keçirib.

Kiyevin mərkəzi küçələrində ukraynalılara təxminən 2000 ədəd İlk Avropa Oyunları “Bakı 2015”in tanıtım broşurları paylanılıb. Şəhərdə bu oyunlara maraq böyük olduğu üçün gənc fəallar Müstəqillik Meydanında insanları Avropa Oyunları barədə məlumatlandırıblar. Bundan əlavə, Maydanda Avropa Oyunları “Baku 2015”ə həsr edilmiş plakat, Azərbaycan və Ukrayna bayraqları dalğalandırılıb.

Xatırladaq ki, bu Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun Birinci Avropa Oyunlarına həsr edilmiş silsilə tədbirləri davam edir.



Kiyevdə “Bakı-2015” avtoyürüşü

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *