“Bakı 2015”-in açılış mərasimi Rusiya mətbuatının əsas xəbəri olub » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, İdman, Media

“Bakı 2015”-in açılış mərasimi Rusiya mətbuatının əsas xəbəri olub

“Bakı 2015”-in açılış mərasimi Rusiya mətbuatının əsas xəbəri olub


Rusiyanın aparıcı KİV-nin dünən və bu gün əsas xəbəri Bakıda I Avropa oyunlarının açılış mərasimi və prezident Vladimir Putinin bu mərasimdə iştirakı olub.

AzNews.info APA-ya istinadən xəbər verir ki, "Rossiya Seqodnya" və TASS agentlikləri dünən mərasim başlayan andan etibarən onlayn reportajlar və xəbərlərlə Rusiya oxucularını "Bakı-2015” barədə xəbərlər çatdırıb.

TASS agentliyi "Azərbaycan prezidenti İlham Əliyev Avropa oyunlarını açıq elan edib" başlığı ilə dünən Avropa Oyunlarının açılış mərasimi xəbərini verib. Agentlikdə gedən məlumatda Bakı2015 Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın açılış mərasimində çıxışından sitatar da yer alıb.

Rusiyalı tamaşaçılar I Avropa Oyunlarının açılış mərasiminə "Rossiya 2" telekanalından canlı baxıblar. Soçi Qış Olimpiadasını da "Rossiya" telekanalında şərh edən Dmitri Quberniyev açılış mərasiminin yüksək səviyyədə keçirildiyini söyləyib.

Rusiyanın "Birinci" kanalında "Xəbərlər" (Novosti) proqramında açılış mərasimi barədə geniş reportaj yayımlanıb.

Rusiyanın "NTV" kanalı isə açılış mərasimini "Möhtəşəm teatrlaşdırılmış təqdimat" adlandırıb.

Açılış mərasiminin nümayişi bitdikdən sonra "vesti.ru" saytı "Facebook" sosial şəbəkəsindəki səhifəsində Olimpiya stadionundan atəşfəşanlığın əks olunduğu fotonu bölüşərək "Azərbaycan" haştagı ilə "Azərbaycanı möhtəşəm açılış mərasimi ilə təbrik edirik" statusu yazıb.

Rusiyanın informasiya agentlikləri, qəzetlər Avropa Oyunlarının açılış mərasimində yüksək səviyyəli qonaqların, dövlət və hökumət başçılarının, xüsusi ilə də Rusiya prezidenti Vladimir Putinin iştirakının manşet xəbər kimi verib.

Mərasimdə dünya ulduzu Lady Qaqanın iştirakı da Rusiya KİV-nin diqqət mərkəzində olub.

Mənbə: APA
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *