Ərdoğanla Putin regional məsələləri müzakirə edəcəklər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi, Foto

Ərdoğanla Putin regional məsələləri müzakirə edəcəklər – FOTO

Ərdoğanla Putin regional məsələləri müzakirə edəcəklər


Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak etmək üçün Azərbaycanda səfərdə olan Türkiyə və Rusiya prezidentləri ötən gün görüşüblər. ANS PRESS-in məlumatına görə, yerli mətbuatda Azərbaycan prezidenti İlham Əliyevin də iştirak etdiyi bu görüşü əks etdirən foto şəkil yayılıb.

Putinin mətbuat katibi Dmitri Peskov isə Rəcəb Tayyib Ərdoğanla Vladimir Putinin bu gün də görüşəcəklərini deyib.

“İlk Avropa Oyunlarının açılışında iştirak etmək üçün Bakıya gedən Türkiyə və Rusiya prezidentləri Rəcəb Tayib Ərdoğan və Vladimir Putin iyunun 13-ü keçirəcəkləri görüşdə bütün sahələrdə münasibətləri, həmçinin bir sıra aktual regional problemləri müzakirə edəcəklər”.

Görüş zamanı Peskov həmçinin “Türk axını” layihəsinin də müzakirə olunacağını istisna etməyib.

Peskov prezidentlərin Bakı görüşünün vacib olduğunu bildirib. “Rusiya və Türkiyə ticari-iqtisadiyyat, sərmayə, müxtəlif sahələrdə böyük layihələr həyata keçirən, həmçinin enerji sahəsində vacib tərəfdaşlardır”, - deyə o qeyd edib. O, görüşün əvvəlcədən razılaşdırıldığını da bildirib.

Ərdoğanla Putin regional məsələləri müzakirə edəcəklər

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *