Bülent Arınç: “Ermənilər bu ölkənin bir parçasıdır” » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Bülent Arınç: “Ermənilər bu ölkənin bir parçasıdır”

Bülent Arınç: “Ermənilər bu ölkənin bir parçasıdır”


Türkiyə baş nazirinin müavini Bülent Arınç İstanbulda erməni litseyində məzuniyyət tədbirində iştirak edib. ANS PRESS-in məlumatına görə, tədbirdə çıxış edən Arınc tarixdəki üzücü hdisələrdən kozr kimi istifadə etməyin doğru olmadığını deyib.

“Kədərli hadisələri hər gün gündəmə gətirərək günahkar axtarmaq doğru deyil. Tarixdə baş vermiş hadisələri tarixçilər araşdırmalı, lazım olsa arxivlərə də girərək ciddi araşdırma aparmalıdır. Hesab edirəm ki, bundan siyasi kozr kimi istifadə etmək, bu gözəl ölkəni, bu cənnət vətəni günahkar elan etmək doğru deyil”.

Ermənilərin Türkiyənin bir parçası olduğunu deyən Bülent Arınç onlar olmayacağı təqdirdə əskik qalacaqlarını bildirib:

“Biz bu ölkənin tamamıyıq, birlikdə Türkiyəyik. Erməni vətəndaşlarımız da bu ölkənin bir parçasıdır. Siz olmasanız biz əskik qalarıq. Bu ölkənin dəyərləri, hamımızın dəyərləridir. Onlara hörmət eləmək də hamımızın üstünə düşən vəzifədir. Türkiyə Cümhuriyyətinin vətəndaşı olan hamımız, etnik mənsubiyyəti və inancı səbəbiylə fərqli deyildir. Biz bu ölkənin birinci sinif vətəndaşlarıyıq. Birimizin, digərindən üstün olmasından söhbət gedə bilməz.”

Ermənistanla münasibətlərin yaxşı olmasını və sərhədlərin açılmasını arzuladıqlarını deyən baş nazirin müavini problemin təməli olan Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğal olunması barədə heç nə deməyib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *