Lukaşenko Bakıda Avropa Oyunlarına hazırlığa heyran qalıb » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi, İdman

Lukaşenko Bakıda Avropa Oyunlarına hazırlığa heyran qalıb – YENILƏNİB

Lukaşenko Bakıda Avropa Oyunlarına hazırlığa heyran qalıb


Belarus və Azərbaycan bir-birinə yaxındır və möhkəm təməli olan münasibətlərə malikdirlər.

Oxu.Az Belarus prezidentinin rəsmi saytına istinadən xəbər verir ki, bu barədə Aleksandr Lukaşenko iyun ayının 12-də Azərbaycana işgüzar səfər çərçivəsində Bakıda Azərbaycan prezidenti İlham Əliyev ilə görüşdə deyib.

Belarus dövlətinin rəhbəri Azərbaycanın Birinci Avropa Oyunlarına hazırlıq səviyyəsini yüksək qiymətləndirib.

“Sizin oyunlara hazırlaşmağa cəmi iki iliniz var idi. Əgər əvvəldən bir şey etməsəydiniz bu mümkün olmazdı. Biz hər şeyin ediləcəyinə şübhə etmirdik, amma bu qədər gözəl olacağına... Bütün bunlar bizi heyran etdi” - belarus lideri qeyd edib.

Belarus prezidenti eləcə də qeyd edib ki, tarixdə ilk idman forumunun açılışına gəlməyə bilməzdi, belə ki, Avropa qitəsində bu qəbildən olan yarışların keçirilməsinin lehinə çıxış etmişdi.

Azərbaycan prezidenti öz növbəsində qeyd edib ki, iki ölkə liderləri mütəmadi əlaqə saxlayırlar, bu isə ikitərəfli münasibətlərə dinamizm gətirir.

“Belarus bizim üçün dost, qardaş ölkədir. Biz münasibətlərimizi çox yüksək qiymətləndiririk və qısa siyasi qarşılıqlı fəaliyyət dövrü ərzində iqtisadi kooperasiya, müştərək layihələrə nail olmuşuq. Bütün istiqamətlərdə yalnız pozitiv dinamika müşahidə edirik”, - İlham Əliyev bəyan edib.

“Bizim münasibətlər səmimilik, etibarlılıq və qarşıya qoyulan məsələlərin uğurlu realizəsi ilə seçilir”, - Azərbaycan prezidenti deyib.

Gözlənildiyi kimi iyunun 12-də Bakıda Aleksandr Lukaşenko Birinci Avropa Oyunlarının açılış mərasimində iştirak edəcək.

10:40

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycana gələrkən ikitərəfli münasibətlərin dostluq xarakterini vurğulayıb.

Oxu.Az xəbər verir ki, bu barədə respublika rəhbərinin mətbuat xidməti bildirib.

Cümə axşamı Lukaşenko Bakıya işgüzar səfərə gəlib, səfər iyun ayının 13-nə qədər davam edəcək.

“Aeroport binasında qəbul edən tərəfin rəsmi nümayəndəsi ilə qısa söhbət zamanı Aleksandr Lukaşenko həm xalqlarımız, həm də iki ölkə liderləri səviyyəsində münasibətlərin dostluq xarakterini xüsusi vurğulayıb”, - məlumatda deyilir.

Lukaşenko Bakıda Avropa Oyunlarına hazırlığa heyran qalıb
Lukaşenko Bakıda Avropa Oyunlarına hazırlığa heyran qalıb
Lukaşenko Bakıda Avropa Oyunlarına hazırlığa heyran qalıb
Lukaşenko Bakıda Avropa Oyunlarına hazırlığa heyran qalıb
Lukaşenko Bakıda Avropa Oyunlarına hazırlığa heyran qalıb

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *