İlham Əliyev filippinli həmkarını təbrik etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi

İlham Əliyev filippinli həmkarını təbrik etdi

İlham Əliyev filippinli həmkarını təbrik etdi


Azərbaycan prezidenti İlham Əliyev Filippin Respublikasının prezidenti Beniqno Akinonu Müstəqillik günü münasibətilə təbrik edib.

AzNews.info AzərTAc-a istinadla xəbər verir ki, dövlət başçısının təbrik məktubunda deyilir:

“Filippin Respublikasının milli bayramı – Müstəqillik günü münasibətilə Sizə və bütün xalqınıza şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi yetirirəm.

İnanıram ki, Azərbaycan ilə Filippin arasında dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı, əlaqələrimizin genişlənməsi istiqamətində səylərimizi bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Filippin xalqına daim sülh və firavanlıq arzulayıram”.

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *