Bağla

AzNews.info



Bölmə: Siyasət, Maraqlı, Foto

Putin dostu ilə qucaqlaşması gündəm oldu – FOTO

Putin dostu ilə qucaqlaşması gündəm oldu


Rusiya Prezidenti Vladimir Putin İtaliya səfəri çərçivəsində yaxın dostu, ölkənin keçmiş baş naziri Silvio Berluskoni ilə görüşməsi və iki dostun qucaqlaşması dünya mediasının diqqətini çəkib.

Axar.az xəbər verir ki, Berluskoni Putini Romadakı Fyumicino hava limanında qarşılayıb. Liderlərin möhkəm qucaqlaşması Qərb mətbuatının gündəmini zəbt edib.

Putin Moskvaya dönmək məcburiyyətində olduğu üçün görüş tez başa çatıb. Berluskoni görüşdən sonra mediaya açıqlama verib: “Putinlə hər zaman əlaqə saxlayırıq. Tezliklə mən də Rusiyaya getmək istəyirəm. Biz Avropa Birliyinin (AB) Rusiya əleyhinə tətbiq etdiyi sanksiyalara səssiz qalmayacağıq. Hökumətin Rusiya əleyhinə sanksiyaları dayandırmasını tələb edən qanun layihəsi hazırlayırıq. Bu sanksiyalar ölkəmizin ciddi şəkildə maliyyə itirməsinə səbəb olur. Rusiya ilə əlaqələr qlobal əməkdaşlıq baxımından çox önəmlidir və G7 yenidən G8-ə çevrilməlidir”.

Putin dostu ilə qucaqlaşması gündəm oldu
Putin dostu ilə qucaqlaşması gündəm oldu

Mənbə: Axar.az

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *