Azərbaycanlı diplomatın rus qızla şok vıdeosu yayıldı » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Video

Azərbaycanlı diplomatın rus qızla şok vıdeosu yayıldı – VİDEO

Azərbaycanlı diplomatın rus qızla şok vıdeosu yayıldı


Azərbaycanın Rusiyadakı səfirinin müavini Qüdsi Osmanov barədə növbəti şok fakt üzə çıxıb.

Jam.Az xəbər verir ki, “Youtube” sosial şəbəkəsində azərbaycanlı diplomatın bu ilin 28 aprelində çəkilmiş görüntüləri yayılıb. İddia olunur ki, diplomatımız öz statusunu və missiyasını unudaraq, küçədə bir qızla tanış olmaq üçün söhbətə başlayır.

Kadrlarda parkdakı skamyaların birində əyləşmiş gənc qıza yaxınlaşan Q.Osmanov onunla dil tapmağa çalışaraq dostluq etməyə başlayır, daha sonra gəzintiyə çıxırlar. Yada salaq ki, 2011-ci ilin Novruz bayramında Sankt-Peterburqda keçirilən bayram tədbirində hər kəsi şoka salan bir hadisə baş vermişdi. Ənənəvi rəsmi açılış zamanı səhnəyə dəvət edilən Qüdsi Osmanovun çıxışı zamanı naməlum bir şəxs ayağa qalxaraq əlində tutduğu meqafonla onun çıxışına mane olmuşdu. O, yanındakı qıza işarə edərək, konsulun ona 15 yaşında olduğu vaxt təcavüz etdiyi iddiasını irəli sürmüşdü. Eyni zamanda vurğulamışdı ki, Q.Osmanovun təcavüz etdiyi qızların sayı bir deyil, onlarladır.

Qeyd edək ki, daha əvvəl də sosial şəbəkələrdə yayımlanan video görüntülər ölkəmizdə böyük ajiotaja səbəb olmuşdu. O, baş verənləri təkzib edərək, təxribat adlandırmışdı. Həmin ərəfədə Sankt-Peterburqda baş konsul olan Qüdsi Osmanov bildirmişdi ki, zərərçəkmiş qismində çıxış edən Aybəniz Səmədzadə adlı həmin qız gənclər arasında adı ilə tanınır və cəmiyyətdə onun haqqında mənfi imic formalaşıb. Bununla yanaşı, konsulumuz vurğulamışdı ki, həmin qız valideynləri tərəfindən rədd edilmiş bir şəxsdir. Aybəniz adlı qızın müraciətində isə onun ittihamlarına cavab verilmişdi. Qız konsulla tanışlıqından danışaraq, hadisəylə bağlı bir sıra ilginc məqamlara toxunmuşdu. Xatırladaq ki, Qüdsi Osmanov Rusiyada yaşayan bəzi azərbaycanlı oliqarxlarla toqquşmadadır və bu konflikt ildən-ilə dərinləşir.


Mənbə: Jam.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *