Qənirə Paşayeva vəsiyyətindən danışdı » AzNews.info -Xəbər portalı

Qənirə Paşayeva vəsiyyətindən danışdı – VİDEO

Qənirə Paşayeva vəsiyyətindən danışdı


Millət vəkili Qənirə Paşayeva qonaq olduğu proqramda bir sıra maraqlı fikirlər səsləndirib.

ANS PRESS-in məlumatına görə, Azərbaycanlı millət vəkili Qənirə Paşayeva ANS TV-nin efirində yayımlanan “Əslində Mən” proqramının qonağı olub.

Verilişin aparıcısı Ülviyyə Alovlu millət vəkilinə yazıçılıq fəaliyyəti ilə bağlı bir sıra suallar verdikdən sonra mətbuatda iki il əvvəl onun ajiotaja səbəb olan vəsiyyəti haqqında danışmasını istəyib.

“Mən ölümü bir neçə dəfə boynumun arxasında hiss etmiş insanam. Mən də hansısa bir gün dünyadan köçəcəyəm və mənim həyatda ən böyük istəyim ondan ibarətdir ki, mən bu dünyadan köçəndə də, son anımda da insanlara faydalı ola bilim. Bu dünyadan köçəndə də edə biləcəyim ən faydalı iş o ola bilər ki, orqanlarımın torpaq altında çürüməsindənsə, hansısa gözü yaşlı insanların yaşamağı üçün lazımlı olsun. Bu mənim görəcəyim ən gözəl iş ola bilər”, - deyə Q.Paşayeva bildirib.

Xatırladaq ki, Millət vəkili Qənirə Paşayevanın orqanlarının bağışlanması ilə bağlı vəsiyyət iki il öncə yayılmışdı.


Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *