İran Azərbaycan layihələrinə qoşulmaq istəyir » AzNews.info -Xəbər portalı

İran Azərbaycan layihələrinə qoşulmaq istəyir

İran Azərbaycan layihələrinə qoşulmaq istəyir


İranın neft şirkətləri Azərbaycanın həyata keçirdiyi beynəlxalq neft və qaz layihələrində iştirak etməyə hazırdır.

ANS PRESS-in məlumatına görə, bu sözləri İranın neft naziri Bijən Namidar Zəncani 20-ci neft-qaz sərgisində deyib. Nazir bildirib ki, regionumuz neft və qazla zəngindir və birgə əməkdaşlıq neft hasilatını artırmaqla yanaşı, onun nəqlini də asanlaşdırar. İran neft sahəsində Azərbaycanla yanaşı, İraq və Türkmənistanla da əməkdaşlıq etmək niyyətindədir. Bu əməkdaşlıq İrana neft hasilatı üçün texnologiyanın yenilənməsinə yardım edə bilər.

Nazirin deyib ki, İrana qarşı tətbiq edilən iqtisadi sanksiyalar aradan qaldırılan kimi rəsmi Tehran regionda reallaşdırılan beynəlxalq enerji layihələrində iştirak edəcək.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *