Dəhşət: Terrorçulardan qurtulan qadınların 214-ü hamilədir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Dünya

Dəhşət: Terrorçulardan qurtulan qadınların 214-ü hamilədir

Dəhşət: Terrorçulardan qurtulan qadınların 214-ü hamilədir


Nigeriyada terrorçu fəaliyyət göstərən Boko-Haram qruplaşmasının əlindən qurtulan qadınların hamilə olduğu bildirilir.

ANS PRESS-in məlumatına görə, Nigeriya ordusu Boko Haram terrorçularına qarşı uğurlu əməliyyatlar nəticəsində azad edilən 687 qadından 214-nün hamilə olduğu qeyd edilir. Bu barədə BMT rəsmilərindən biri açıqlama yayıb.

Bundan başqa, əsirlikdə olan bəzi qadınlar isə əsgərlərin qurtarma əməliyyatı vaxtı “Boko-Haram” silahlıları tərəfindən daşlanaraq öldürülüb.

Qeyd eədk ki, “Boko Haram” 2009-cu ildə İslam dövləti yaratmaq üçün qiyama başlayandan bəri Nigeriyanın şimalında minlərlə insan qətlə yetirib. Fevral ayında qonşu dövlətlərin qoşunları tərəfindən dəstəklənən Nigeriya hərbçiləri, radikal döyüşçülərə qarşı böyük hücuma başlayıb və keçən il “Boko Haram”ın ələ keçirdiyi ərazilərin əksəriyyətini geri qaytarıblar.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *