Çin prezidenti Moskvaya gedir » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Çin prezidenti Moskvaya gedir

Çin prezidenti Moskvaya gedir


Çinin Xarici İşlər Nazirliyi ölkə rəhbəri Si Szinpinin Moskvaya səfərinin vaxtını açıqlayıb.

ANS PRESS-in məlumatına görə, onun Rusiyaya səfəri mayın 8-dən 10-dək baş tutacaq.

Çinin Xarici İşlər Nazirliyinin mətbuat katibi deyib ki, Prezident Vladimir Putinin dəvəti ilə Çinin başçısı Böyük Vətən Müharibəsində qələbənin 70 illiyi münasibətilə Moskvada təşkil olunacaq tədbirlərə qatılacaq.

S.Szinpin Rusiyaya səfərdən əvvəl mayın 7-də Prezident Nursultan Nazarbayevin dəvəti ilə Qazaxıstana gedəcək.

Moskva təntənələrindən sonra Çin rəhbəri dövlət səfəri ilə Minskə yola düşəcək. O, Prezident Aleksandr Lukaşenkonun dəvəti ilə mayın 10-12-də Belarusda dövlət səfərində olacaq.

Xatırladaq ki, Moskvaya təqribən 30 xarici dövlət və hökumət başçısı, beynəlxalq təşkilat rəhbərlərinin gəlişi planlaşdırılır. Qələbə paradında iştirak üçün ümumilikdə 68 dövlət liderinə dəvət göndərilib.

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *