İlham Əliyev görüşlər keçirdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi

İlham Əliyev görüşlər keçirdi

İlham Əliyev görüşlər keçirdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 3-də Dünya Bankının Avropa və Mərkəzi Asiya üzrə vitse-prezidenti xanım Laura Takın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

AzNews.info AzərTAc-a istinadən xəbər verir ki, görüşdə Asiya İnkişaf Bankının Rəhbərlər Şurasının növbəti toplantısının Bakıda keçirilməsinin əhəmiyyəti vurğulandı, tədbirin təşkilati işlərinin yüksək səviyyədə aparıldığı qeyd olundu.

Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında yol-nəqliyyat, su təchizatı və kanalizasiya, bərk tullantıların idarə olunması və digər sahələrdə uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirildi. Dünya Bankı ilə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti arasında artıq əməkdaşlığa başlanıldığı və bu istiqamətdə işlərin aparıldığı qeyd edildi. Ölkəmizdə həyata keçirilən bir sıra layihələr, o cümlədən “ASAN xidmət” sahəsində görülən tədbirlər də yüksək qiymətləndirildi, Dünya Bankının “ASAN xidmət” ilə əməkdaşlığının genişləndirilməsi istiqamətində işlərin aparıldığı vurğulandı.

Görüşdə, həmçinin Azərbaycanda biznes mühitinin yaxşılaşdırılması, dünyada gedən maliyyə böhranına baxmayaraq, iqtisadi inkişaf sahəsində əldə olunan nailiyyətlər, hökumətin maliyyə və büdcə sisteminin təkmilləşdirilməsi istiqamətində apardığı işlər, qeyri-neft sektorunun inkişafı, iqtisadiyyatın şaxələndirilməsi sahəsində qazanılan nailiyyətlər, kənd təsərrüfatında aparılan islahatlar, ölkənin iqtisadi potensialının artması fonunda ixrac bazarlarının müəyyənləşdirilməsi, infrastruktur layihələrinin icrası, ictimai sektor, əhalinin sosial müdafiəsi, ölkənin mühüm nəqliyyat-tranzit əhəmiyyətinin artması, sosial, təhsil, yeni iş yerlərinin yaradılması, regionların inkişafı və digər sahələrdə icra olunan layihələr və həyata keçirilən işlərdən danışıldı.

Söhbət zamanı Azərbaycan ilə Dünya Bankı arasında əməkdaşlığın perspektivləri ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparıldı.

İlham Əliyev bu gün həmçinin Pakistan İslam Respublikasının maliyyə, gəlir, iqtisadi məsələlər, statistika və özəlləşdirmə naziri Mohammad İshaq Darı qəbul edib.

Nazir Mohammad İshaq Dar Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarını dövlətimizin başçısına çatdırdı. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllində ölkəsinin Azərbaycanın ədalətli mövqeyini daim dəstəklədiyini və bu dəstəyin gələcəkdə də davam etdiriləcəyinə əminliyini bildirdi. Mohammad İshaq Dar Azərbaycanın birinci xanımı, UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın Pakistanda həyata keçirdiyi bir sıra sosial və humanitar layihələrə görə ölkəsinin xalqının və rəhbərliyinin minnətdarlığını ifadə etdi.

Azərbaycan ilə Pakistan arasında siyasi əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayan dövlətimizin başçısı iqtisadi sahədə əməkdaşlığımızın da bu səviyyəyə çatdırılmasının önəmini qeyd etdi. Pakistan Prezidentinin ölkəmizə səfərini və onunla keçirdiyi müxtəlif görüşləri məmnunluqla xatırlayan Prezident İlham Əliyev bu görüşlər zamanı ölkələrimiz arasında maliyyə, iqtisadiyyat, investisiya qoyuluşu və digər sahələrlə bağlı məsələləri müzakirə etdiklərini vurğulayaraq ikitərəfli əlaqələrin inkişafında yüksək səviyyəli səfərlərin əhəmiyyətini qeyd etdi. Ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığının da yüksək səviyyədə olduğunu deyən Prezident İlham Əliyev Xocalı soyqırımı ilə bağlı Pakistan parlamentində qəbul edilən qətnaməyə görə təşəkkürünü bildirdi.

Dövlətimizin başçısı Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseynin və Baş nazir Məhəmməd Nəvaz Şərifin salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını Pakistanın Prezidentinə və Baş nazirinə çatdırmağı xahiş etdi.


İlham Əliyev görüşlər keçirdi
İlham Əliyev görüşlər keçirdi

Mənbə: AzərTAc
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *