İlham Əliyev polşalı həmkarını təbrik etdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Rəsmi

İlham Əliyev polşalı həmkarını təbrik etdi

İlham Əliyev polşalı həmkarını təbrik etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Polşa Respublikasının Prezidenti Bronislav Komorovskiyə təbrik məktubu göndərib.

Oxu.Az-ın məlumatına görə, təbrik məktubunda deyilir:

“Hörmətli cənab Prezident,

Polşa Respublikasının milli bayramı – Konstitusiya günü münasibətilə Sizi və bütün xalqınızı öz adımdan və Azərbaycan xalqı adından səmimi qəlbdən təbrik edirəm.

Bu gün Azərbaycan ilə Polşa arasındakı münasibətlər dinamik şəkildə inkişaf etməkdədir. İnanıram ki, ölkələrimiz arasındakı əməkdaşlıq əlaqələri istər ikitərəfli qaydada, istərsə də Avropa İttifaqı çərçivəsində xalqlarımızın mənafelərinə uyğun olaraq inkişaf edəcək və genişlənəcəkdir.

Bu əlamətdar gündə Sizə möhkəm cansağlığı, işlərinizdə uğurlar, dost Polşa xalqına daim sülh və tərəqqi arzulayıram”.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *