Sarkisyan kefə getdi » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət, Sosial, Dünya

Sarkisyan kefə getdi

Sarkisyan kefə getdi


Ermənistanda vəziyyət heç də ürək açan deyil, ictimai, siyasi, iqtisadi vəziyyət günü-gündən pisləşir. Bu sözlər İrəvanda keçirilən kütləvi etiraz aksiyasında səslənən əsas fikirlərdir.

ANS PRESS-in məlumatına görə, polis İrəvanda etiraz aksiyasına çıxanlara divan tutub. Belə ki, polis Azadlıq meydanında nümayişə çıxan "Nairit" kimya kombinatının əməkdaşlarına qarşı güc tətbiq edib. Onlar əmək haqqını neçə aylardır ala bilmirlər və prezidentlə görüşmək istəyibrlər.

Aksiya iştirakçıları prezident Serj Sarkisyanın Opera və Balet Tetrı binasında təşkil olunan konsertə baxmağa gəldiyini eşitdikdən daha da qəzəblənib və onun yolunu kəsməyə cəhd göstəriblər.

İrəvan Polis İdarəsi rəisinin müavini Valeri Osipyan aksiya iştirakçılarına qarşı güc tətbiq etmək, onları teatrın binasından zorla çıxarmaq, iti qovan kimi qovmaq barədə göstərişi verib və sakinlərlə kobud davranıb. Sahəyə əlavə polis bölmələri cəlb olunsa da aksiyaçılar "Borclarımızı qaytarın", "Halal zəhmətimizi yeməyin" şüarları səsləndiriblər.

Bundan əlavə, taksi sürücüləri də İrəvan küçələrinə tökülüşüblər. Onlar taksi fəaliyyətinin lisenziyalaşdırılmasının və avtomobil dayanacaqları üçün ödənişlərin yeni qaydasına qarşı çıxaraq paytaxtın küçələri ilə hərəkət ediblər.

"Avtomobilçilərin Müdafiəsi Liqası"nın hüquqşünası Mkrtıç Muradyan deyib ki, avtodayanacaq üçün 5 min dram tələb olunur. Nəqliyyat təftişçiləri insanlara qarşı kobud, nəzakətsiz davranırlar. Sürücülərin bəziləri lisenziyaya görə 50 min dram, dayanacaqlara görə isə 12 min dram cəriməni ödəyə bilmirlər.

Aksiyaya qatılan Erməni Milli Konqresinin deputatı Aram Manukyan bildirib ki, indi bu kasıb sürücülər yatmamalıdır, çimməməlidir və cərimələri ödəmək üçün bütün ayı işləməlidirlər. Belə yüklənmə və yorğunluq həm onlar, həm də sərnişinlər üçün təhlükəlidir. Sadəcə, bu insanları istismar edirlər. Bu məsələni parlamentdə qaldıracağıq.

İndi İrəvan sosial partlayışla üz-üzədir. Hakimiyyət özünü qorumaq və xalqı qorxutmaq üçün dəyənəyə əl atır, sakinlər isə "bıçaq sümüyə dirənib" deyirlər. Onlar hər şeyin bahalanmasından, dolanışığın olmamasından çox narazıdırlar.

Bir sözlə, xalqı talayan bu hakimiyyət qondarma erməni soyqırımının 100 illiyi adı altında insanların gözünə pərdə asaraq xeyli pul topladı. Amma əhalini unudub. Qondarma soqırım tədbirləri qurtardı, yerdə isə ac-yalavac sakinlər qaldı. Bu, Serjə çox sərf edir, çünki ac-yalavac insanlara divan tutmaq daha asan olur...

Mənbə: ANSPRESS
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *