Peskov: Bəzi dünya liderləri Putinsiz Rusiyanın nə demək olduğunu bilmirlər » AzNews.info -Xəbər portalı

Bölmə: Siyasət

Peskov: Bəzi dünya liderləri Putinsiz Rusiyanın nə demək olduğunu bilmirlər

Peskov: Bəzi dünya liderləri Putinsiz Rusiyanın nə demək olduğunu bilmirlər


Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov bəyan edib ki, Rusiyanı hazırkı dövlət başçısı Vladimir Putin olmadan təsəvvür etməyən dünya liderləri klubu formalaşıb və onlar Moskvanın öz maraqlarını sərt şəkildə qoruduğuna adət edirlər, Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir.

Putinin prezidentliyinin 15 illiyinə həsr olunmuş dəyirmi masada çıxış edən Peksov ölkədə prezidentin ətrafında birləşən gənc nəslin formalaşdığını bildirib.

“2000-ci ildən indiyədək Rusiyada Sovet İttifaqının sonu, 70-80-ci illəri, 90-cı illərin dəhşətlərini xatırlamayan gənc nəsil peyda olub və onlar Putinin nəsli kimi böyüyüblər. Bu gənclərin əksəriyyəti bu gün ölkəmizdə özlərinə yer tapır və bilirlər ki, işləməyə, Putinin ətrafında birləşməyə hazırdırlar”, - deyə, Peskov vurğulayıb.

“Lakin eyni zamanda dünyada Putinsiz Rusiyanın nə demək olduğunu bilməyən dünya liderləri klubu da formalaşıb və onlar Moskvanın öz maraqlarını sərt şəkildə qoruduğuna öyrəşir, başında Putinin dayandığı Rusiyanın bu işi davam etdirəcəyini anlamağa başlayırlar”, - deyə, o, əlavə edib.

Mənbə: Oxu.Az
loading...

* Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Oxşar xəbərlər

Şərhlər


Adınız:*
E-Mail:
Yağlı Əyilmiş Xətt altdan Xətt öndə | Sol tərəflə yığ Mərkəzdə Sağ tərfdə yığ | smayl qoşmaq Bağlantı qoşmaqBağlantı ilə qorunan Rəng seçimi | Gizli mətn Məqalə qoş seçilən mətni kril əlifbasına çevir Spoyler
Kodu daxil edin: *